"Azerbaijan Dark Team" haker qrupunun əsas məqsədi Azərbaycanın informasiya təhlükəsizliyini təmin etmək, Azərbaycana və Azərbaycanlılara qarşı törədilmiş soyqırımları, ədalətsizlikləri, erməni terrorizmini, erməni vəhşiliyini dünyaya çatdırmaq və Konstitusiyamıza zidd, Azərbaycanın milli maraqlarına zidd olan və yalnış informasiyalar yayan saytların aradan qaldırılmasını təmin etmək, həmçinin təhlükəsizliklə bağlı istənilən Azərbaycan saytlarının idarə heyətinə təmənnasız köməklik göstərməkdən ibarətdir.
DarkTeam 2015 -ci ildə qurulmuşdur. Bu Hack və məlumat təhlükəsizliyi qrupunun hər hansı siyası mövqeyi yoxdur. Vaxtaşırı ölkəmizə yönəldilmiş düşməncə hücumlara qarşı dəqiq əməliyyatlar həyata keçiririk,amma bu cür əməliyyatları milli medialarda görməyiniz çətin olacaq. Biz sadəcə hücumlarımızı ölkəmizə sadiqliyimizə və bu torpaqda anadan olduğumuza görə edirik.
Məqsədimiz hack mədəniyyətində hərəkət etmək və biliklərimizin hüdudlarını və nələr edə biləcəyimizi genişləndirməkdir. Öyrənmək, öyrətmək. Biz ölkə sərhədləri daxilində məhdud bir komanda deyilik, xaricdəki kimi kanallarda çox məşhur bir quruluşuq. DarkTeam. Ümid edirik ki, veb saytımıza abunə olan hər kəs yalnız informasiya texnologiyaları üçün üzv olacaqdır.